Paytaxt əsas yollardan birində qəza - Sürət həddi endirildi - FOTO

15 İyul 2017 11:51

Bakının əsas prospektlərindən birində qəza baş verib, sürət həddi aşağı salınıb.

Milli.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

"Bir qədər əvvəl Heydər Əliyev prospektində, daha dəqiq "Bağırov körpüsü"nün tunelində yol nəqliyyat hadisəsi baş verdiyindən yolda tıxac yaranıb. Həmçinin o istiqamətdə sürət həddi də aşağı salınıb," - deyə o qeyd edib.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində