"Manchester United"in sabiq futbolçusu Hindistanda

15 İyul 2017 18:06

"Manchester United" və İngiltərə millisinin sabiq hücumçusu Teddi Şerinqem Hindistanda çalışacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəsis "Atletico de Kolkata"nın baş məşqçisi təyin olunub. Kəlküttə təmsilçisi Şerinqemin məşqçilik karyerasında 2-ci klubdur. O, 2015-16-cı illərdə "Stevenage"də işləyib.

"Bu kluba qoşulduğum üçün şadam. Hindistan Superliqası haqqında məlumatım var. Bura mabisiyaları və arzuları həyata keçirmək üçün gözəl yerdir" - ingilis çalışdırıcı qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində