İbrahimovanın işdən çıxarılması xəbəri YALAN ÇIXDI

15 İyul 2017 13:01

Dünən bəzi mətbu orqanlarda Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşı Aidə İbrahimovanın tutduğu vəzifədən kənarlaşdırıldığı barədə məlumat dərc edilib.

"Azərbaycanda vəzifəli şəxs işdən qovuldu" şəklində sensasion başlıqla təqdim edilən xəbərin dəqiqləşməsini etdikdə isə bunun dezinformasiya olduğu ortaya çıxıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, palatanın kadr ehtiyatları üzrə idarənin rəisi (HR) Aidə İbrahimova işdən azad edilməyib.

Qeyd edək ki, xəbərin digər yalan tərəfi isə Aidə İbrahimovanın Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin üzvü kimi təqdim edilməsidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində