"Sumqayıt" azarkeşləri Cavid İmamverdiyevi seçdilər

15 İyul 2017 16:00

"Sumqayıt" Futbol Klubunun rəsmi internet səhifəsində 2017/2018 futbol mövsümü üçün yeni transferdən hansı futbolçunun daha çox uğur qazanacağı ilə bağlı sorğu yerləşdirilmişdi.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 211 azarkeşin iştirak etdiyi sorğuda 27 yaşlı futbolçumuz Cavid İmamverdiyev 36,9% səs toplayaraq hamını qabaqlayıb. İmamverdiyev "Neftçi" klubunun yetirməsidir. O, Türkiyənin "Elazığspor"komandasında legioner həyatı da yaşayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində