Emre Mor "Fənərbağça"da - Almaniya mətbuatı

15 İyul 2017 11:31

Emre Mor "Fənərbağça" ilə razılığa gəlib.

Milli.Az Sporvadisi.com-a istinadən xəbər verir ki, bu haqda Almaniya mətbuatı məlumat yayıb. Emre Morun iyul ayının sonunda bitəcək Dortmund toplantısından sonra,"Fənərbağça"ya qoşulacağı bildirilir.

"Sarı-göylər"in icarəyə götürəcəyi 19 yaşlı ulduzun klubu ilə 500 min avroya (2 milyon TL) razılığa gəlindiyi deyilir.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində