Çimərlikdə 2 almanı öldürdü, 2 erməni qadını yaraladı - Məşhur kurortda terakt - FOTO

15 İyul 2017 11:48

Misirin Sinay yarımadasında, Xurqadada otelin çimərliyində terror hücumu olub. Terrorçunun bıçaqla hücuma keçməsi nəticəsində Almaniyadan olan 2 turist qadın həlak olub.

Ermənistandan 2, Çexiyadan 2 turist yaralanıb. Yaralıların hamısı qadınlardır.

Milli.Az NBC-yə sitinadən bildirir ki, bundan sonra terrorçu qonşu çimərliyə tərəf üzüb, orada daha iki nəfəri yaralamağa çalışıb.

Əynində qara rəngdi futbolka olan terrorçu ərəbcə "Müsəlmanlar çəkilsin, kafirləri vuracağam!" qışqırıb.

Polisdən verilən məlumata görə, Qırmızı dənizin sahilində teraktı törədən şəxsin motivləri bəlli deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində