Milyonların sevimlisi olan uşaq dəfn edildi - VİDEO - FOTO

15 İyul 2017 11:44

Əksəriyyətinin əynində "Sanderlend" klubunun futbolkası olan 3 min insan 6 yaşlı Bredli Lourinin evinin qarşısına toplaşmışdı.

Xərçəngin ən ağır formalarından olan neyroblastoma xəstəliyinə düçar olmuş balaca Bredli "Sanderlend" azarkeşləri ilə bahəm, milyonların sevimlisinə çevrilmişdi.

Brendli Louri "Sanderlend"in canlı simvolu idi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Darem qraflığındakı Bləkholl Kolleri kəndinə yığışmış insanlar kiçik Brendlini son mənzilə yola salıblar.

İki ağ atlı bağlandığı arabadakı şüşə qutuya yerləşdirilmiş tabut məzarlığa aparanda arxadakı yürüşdə "Sanderlend" klubunun rəhbərliyi və oyunçuları ilə yanaşı, İngiltərə futbolunun ən məşhur simaları vardı.

"Sanderlend"in ulduzu, balaca Brendli ilə dost olmuş Cermeyn Defo isə göz yaşlarını saxlaya bilməyərək ağlayıb.

Tabut Müqəddəs İosif kilsəsinə aparılanda isə orada əyinlərində Betmen, Hörümçək adam və Kapitan Amerika kimi komiks qəhrəmanlarının geyimləri olan polislər vardı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Milyonların sevimlisi olan uşaq dəfn edildi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində