"Mercedes" təmir olunan avtomobilə çırpıldı, usta xəsarət aldı

15 İyul 2017 09:57

Cəlilabadda yol kənarında avtomobili təmir edən usta ağır xəsarət alıb

Milli.Az report-a istinadən xəbər verir ki, rayon sakini 30 yaşlı Ağayev Zaman avtomobili yolun kənarında avtomobili təmir etmək üçün onun alt hissəsinə daxil olub. Bu zaman yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobil üzərində təmir aparılan avtomobilə çırpılıb. Nəticədə usta Z.Ağayev avtomobilin altında qalaraq ağır xəsarətlər alıb. O, təcili yardım vasitəsilə Bakıda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində