Avtomobil piyadanı vurdu - Lənkəranda - YENİLƏNİB - FOTO

15 İyul 2017 09:41

09:41

Lənkəran rayonunda yolu keçmək istəyən qadını avtomobil vurub.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Zərifə Əliyeva küçəsində baş verib. 

Belə ki, şəhərin Hənifə Abdullayeva küçəsinin sakini, 1973-cü il təvəllüdlü Bahar Balamirzə qızı Həbibovanı 42-BO-833 dövlət qeydiyyat nömrəli "Hyundai-Elantra" markalı avtomobil vurub. Sürücü dərhal təcili tibbi yardım stansiyasına məlumat verib. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

----------

09:27

Lənkəranda avtomobil piyadanı vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə  "Mikrorayon" deyilən ərazidə baş verib.
 
Qadın yolu keçmək istəyərkən onu avtomobil vurub. O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin orta-ağır olduğu deyilir.
 
Xəsarət alan şəxsin hələlik kimliyi məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində