Selfi çəkmək istəyən qız 200 min dollarlıq eksponatı qırdı - VİDEO

15 İyul 2017 09:40

ABŞ-ın Los-Anceles şəhərindəki "14th Factory" qalereyasında ziyarətçilərdən biri selfi çəkmək istərkən 200 min dollar dəyərində olan eksponatı qırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, saytda yerləşdirilmiş videoda qızın quraşdırılmış obyektlərin qarşısında oturaraq selfi çəkdirmək istədiyi, amma müvazinətini saxlaya bilmədiyindən postamentin birinə toxunduğu görünür. Nəticədə domino effekti ilə sıradakı 10 postamentin hamısı aşıb.

Administrasiyanın məlumatına görə, müxtəlif rəngli və formalı tacları təqdim edən "Hypercaine" seriyasından üç fiqura ziyan dəyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Selfi çəkmək istəyən qız 200 min dollarlıq eksponatı qırdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində