Rayona qonaq gedən şəxs qohumları tərəfindən döyüldü

15 İyul 2017 09:15

Bakıdan rayona qonaq gedən şəxs qohumları tərəfindən döyülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Bakının Sabunçu rayon sakini 34 yaşlı İmanov Yasər Zakir oğlu Cəlilabad rayonuna qohumlarının yaşadığı Qarazəncirli kəndinə qonaq gedib.
Lakin qonaq getdiyi evdə onunla bir neçə qohumu arasında mübahisə düşüb. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Y.İmanov müxtəlif bədən xəsarətləri alaraq Bakıdakı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində