Şəki sakinini it dişlədi

15 İyul 2017 09:11

Şəkidə 45 yaşlı kişini it dişləyib.

Milli.Az xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, iyulun 14-ü axşam saat 20 radələrində rayonun Çələbixan qəsəbə sakini, 1972-ci il təvəllüdlü Mehman Yaşar oğlu Səmədzadə it dişləməsi xəsarəti ilə xəstəxanaya müraciət edib.
 
Müayinə zamanı məlum olub ki, it Mehman Səmədzadəni sağ ayağının daban hissəsindən dişləyib.
 
Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində