ABŞ Əfqanıstanda İŞİD liderini məhv edib

15 İyul 2017 08:48

ABŞ Əfqanıstanda İŞİD terror qrupplaşmasının lideriniməhv edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Pentaqon məlumat yayıb.

"İyulun 11-i ABŞ qüvvələri İŞİD terror qruplaşmasının Əfqanıstanın Kunar əyalətində qərargahına endirdiyi zərbələr nəticəsində, İŞİD-in əmiri Əbu-Sayed məhv edilib", - Pentaqonun məlumatında deyilir.

Qeyd olunur ki, bundan əlavə İŞİD-in bir neçə komandiridə məhv edilib.

Pentaqon qeyd edir ki, Əbu-Sayed Əfqanıstanda İŞİD-in məhv edilən 3-cü lideridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində