Pentaqon: Əbu Sayed məhv edilib

14 İyul 2017 23:24

İŞİD terror təşkilatının Əfqanıstan özəyinin başçısı Əbu Sayed məhv edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Dana Uayt bəyan edib.

Onun sözlərinə görə, Əbu Sayed həftənin əvvəlində Kunar əyalətində endirilən zərbə nəticəsində öldürülüb. Onunla birgə bir neçə digər İŞİD üzvünün məhv edildiyi bildirilir. 

Milli.Az