Ana və 5 yaşlı oğlunu avtomobillə vurub öldürən sürücü saxlanıldı - YENİLƏNİB - VİDEO - FOTO

15 İyul 2017 09:07

09:07

Gəncədə iki nəfəri avtomobillə vurub öldürən sürücü saxlanılıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, şəhərin Nizami Gəncəvi prospektində ölümlə nəticələnən yol qəzasını Göygöl rayon Səmədli qəsəbə sakini, 1993-cü il təvəllüdlü Şərifov İqbal Yaşar oğlunun törətdiyi məlum olub.
 
O, keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Məlumata görə sürücülük vəsiqəsi olmayan İ. Şərifov dostunun "QAZ 3110" markalı avtomobilini idarə edərək Nizami Gəncəvi prospekti ilə yüksək sürətlə hərəkət edirmiş. Qarşısındakı avtomobil dayanaraq piyadalara yol verən zaman İ. Şərifov yandan ötüb keçmək istəyib. Bu zaman yolu keçən Abbasov Altay 11 yaşlı oğlu ilə dayansalar da, onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Abbasova Aynurə qucağında 5 yaşlı oğlu Məhəmmədlə yolu keçmək istəyib. Nəticədə avtomobil onları vurub. Qadın hadisə yerində dünyasını dəyişib. 2012-ci il təvəllüdlü Abbasov Məhəmməd xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Qəzanı törədən sürücü İ. Şərifov avtomobillə hadisə yerindən uzaqlaşaraq aralıda olan Eminbəyli küçəsində maşını saxlayaraq qaçıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təhvil verilib.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
 ----------

14.07.2017

23:36

Gəncədə avtomobillə vurulan qadının övladı xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Məmmədova Aynurə İsmayıl qızı "QAZ 3110" avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində ölüb, onun yanında olan 5 yaşlı oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi. 
 
Sürücü maşını hadisə yerində qoyaraq qaçıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

---------

23:27

Milli.Az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Gəncədə piyadavurma hadisəsi olub. Qəza şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hələlik sürücüsü məlum olmayan Qaz 3110 markalı avtomobil yol kənarı ilə gedən Gəncə sakini Aynurə Məmmədova və onun uşağını vurub.

Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Azyaşlı isə şəhərdəki özəl xəstəxanalarından birinə aparılıb. Vəziyyəti ağır qiymətləndirilir.

Qəzanı törədən sürücü avtomobili şəhərin Eminbəyli küçəsində saxlayaraq qaçıb.

Faktla bağlı araşdırma aparılır.

---------

22:49

Gəncədə avtomobil piyadanı vurub öldürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

İlkin məlumata görə, Məmmədova Aynurə İsmayıl qızı naməlum avtomobil tərəfindən vurulub. Qadın hadisə yerində ölüb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ana və 5 yaşlı oğlunu avtomobillə vurub öldürən sürücü saxlanıldı

Gəncədə dostunun maşınını sürən gənc, bir ailəyə faciə yaşatdı: 2 ölü