Bakı metrosunda 19 yaşlı qız özünü relslərin üstünə atdı

14 İyul 2017 22:28

Bakı Metropolitenində intihara cəhd hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə dünən səhər saatlarında metronun "Nizami" stansiyasında qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Nərmin Muradova intihar məqsədi ilə özünü qatar relslərinin üstünə atıb. Lakin polis əməkdaşları və metropoliten işçiləri, o cümlədən maşinistin ayıq-sayıqlığı nəticəsində qatarı vaxtında saxlamaq mümkün olub. Nəticədə gənc qız xəsarət almayıb.

Aparılan araşdırmalar nəticəsində N.Muradovanın ruhi əsəb xəstəsi olduğu müəyyənləşdirilib.

Araşdırmalar davam etdirilir.

Milli.Az