58 yaşlı kişini ilan sancıb

14 İyul 2017 21:36

Tovuz sakinini ilan sancıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Alakol kənd sakini, 1959-cı il təvəllüdlü Sadıqov Tanrıverdi Yaqub oğlu ot yığarkən ilan onun sağ əlindən sancıb.

58 yaşlı kişi dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Milli.Az