Körpə xilas olsa da, anası öldü - VİDEO

14 İyul 2017 21:24

Ana doğuşdan sonra dünyasını dəyişib. Hadisə Respublika Perinatal Mərkəzində qeydə alınıb. Milli.Az bildirir ki, bir neçə gün əvvəl 33 yaşlı Kəmalə Bəkirova doğuş üçün Şamaxı rayonundan Bakıya Perinatal Mərkəzə gətirilib. Xəstəxananın direktoru Sevinc Məmmədova deyir ki, ana indiyə qədər 3 abortla yanaşı, 5 doğuş həyata keçirib. Həmin doğuşlardan olan 3 uşaq həyatda qalmayıb. Üstəlik ana xəstəxanaya gətirilərkən bir sıra diaqnozlar da qoyulub.

Xəstəxanada ana ilə uşağın qan uyğunsuzluğunun olması da aşkarlanıb. Doğuş həyata keçirildikdən sonra anada qanaxma müşahidə edilib.Əməliyyat edilən ananın 3 dəfə ürəyi dayanıb.Yeni doğulan körpənin isə qanı yenilənib ,vəziyyəti stabil olaraq qalır.Ötən gün Sumqayıt şəhər 2 nömrəli Doğum Evində də ana ölümü qeydə alınıb. 29 yaşlı Gülsüm Əliyevanın doğuşdan sonra qəflətən vəziyyəti pisləşib və komaya düşüb. Görülən tədbirlərə baxmayaraq qadın dünyasını dəyişib.

Hadisədən sonra xəstəxananın ginekologiya şöbəsinin şüşələrini sındırılıb.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, hər iki faktı Prokurorluq orqanları və Doğuşa Yardım Komisiyyası araşdırır. Məsələyə araşdırmalar başa çatdıqdan sonra qiymət veriləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Körpə xilas olsa da, anası öldü