Səfir: "Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair dialoqu təşkil etməyə hazırdır"

14 İyul 2017 20:46

Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair dialoqu təşkil etməyə daim hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Orelia Buşez deyib.

Diplomat bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə dair Fransanın mövqeyi qətidir.

Milli.Az