Azərbaycanda istirahət mərkəzində növbəti faciə

14 İyul 2017 20:43

Xudat şəhəri, Müqtədir qəsəbəsində 10 yaşlı uşaq hovuzda boğulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Bədirov Nihat Xəyal oğlu istirahət mərkəzlərinin birinin hovuzunda çimərkən boğulub.

Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Meyit müayinədən keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.
 
Fakt araşdırılır.

Milli.Az