Misirdə hotelə HÜCUM - Turistlər öldü

14 İyul 2017 18:51

Misirin Hurqada kurort şəhərində soyuq silahla silahlanmış naməlum şəxs tərəfindən hotelə hücum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki,  hücum nəticəsində 2 turist ölüb, daha 4 nəfər xəsarət alıb.

Polisin verdiyi məlumata görə, həlak olan turistlər Ukraynadan olub. Xəsarət alan turistlərin isə Serbiya və Polşadan olduğu bildirilib.

Milli.Az