Bu ölkəyə səfər edənlərin nəzərinə - Burada "Telegram" bağlandı

14 İyul 2017 18:26

İndoneziya hökuməti ölkə ərazisində "Telegram" mesaj proqramını bağlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  sakinlərə bu gün səhər saatlarından bu proqramın işləmədiyi məlum olub.

Hökumət bu addımını belə əsaslandırıb ki, "Telegram" terrorçuluğa çağırış, radikal ideologiyaların yayılması səbəbi ilə bağlanıb.

Hazırda yaxın müddət ərzində İndoneziya hökumətinin bu barədə rəsmi açıqlama verəcəyi gözlənilir.

Milli.Az