Kafe və restoranların müştərilərdən gizlətdiyi 10 maraqlı fakt

15 İyul 2017 10:42

Günümüzdə əksər insanlar fəst-fudla, yəni tez hazır olan və ayaqüstü yeyilə bilən qidalarla tanışdır və hətta hər gün bu qidalardan istifadə edirlər. Çünki bəziləri düşünür ki, fəst-fudlarla qidalanma müasir həyat ritmimizə daha uyğundur. Belə qidaların sürətlə populyarlıq qazanmasında onların dadı da mühüm rol oynayır. Lakin bu cür qidaları təqdim edən iaşə obyektlərinin müştərilərdən gizlətməyə çalışdıqları hiylələr var.

Milli.Az çoxlarından gizlədilən həmin məqamları təqdim edir:

1. Qazlı su avtomatları - Həmişə çox çirkli olur.

Fəst-fud restoranlarında avtomatları təmizləmək çox çətindir. Bu səbəbdən orada çoxlu bakteriyalar yığılır.

2. Əllərinizlə yemək daha dadlıdır.

Heç düşünmüsünüzmü bu cür məkanlarda insanlara niyə çəngəl, bıçaq, yaxud qaşıq təklif olunmur? Cavab çox asandır: insan əlləri ilə yedikdə daha çox həzz alır və bu da onun çox yeməsinə səbəb olur.

3. Südlü kokteyldəki şəkər gündəlik normanı 2-3 dəfə aşır.

Fəst-fud restoranlarının populyar məhsullarından biri də südlü kokteyldir. Bu içkiyə tələb əsasən yay aylarında daha çox artır. İnsanın gündəlik şəkər normasının 25-30 qramdır, amma bu cür içkilərdə şəkərin payı ortalama 80 qram olur.

4. Hal-hazırda fəst-fud yeməkləri 30 il əvvəlkindən 2-3 dəfə yağlıdır.

Günümüzdə sevdiyimiz yeməkləri daha büyök porsiyalarla əldə edirik. Bu cür qidaların ölçüləri kimi yağlılığı da çox olur.

5. Səhər tezdən gəlmək yaxşı fikir deyil.

Hər şeydə birinci olmaq istəyi yaxşıdır, lakin iş fəst-fudlara gəlincə, seçimdə tələsmək heç də düzgün deyil. Çunki bu cür məkanlardakı avadanlıqlar kimyəvi maddələrlə təmizlənir və siz ora tezdən gəldikdə bu maddələr sizin orqanizminizə keçə bilər.

6. "Fri" kartofda 19 inqridientdən istifadə olunur.

Restoranlar əksəriyyətinizin sevdiyi həmin o dadı 19-20 inqridienti qataraq əldə edirlər. Bunların içində yağ, dad gücləndiriciləri və diqər qatqılar olur.

7. Kola çaydan ucuzdur.

Adətən fəst-fud yeməklərin təklif edildiyi obyektlərdə qazlı şirin sular çaydan daha ucuz olur. Çünki bu cür içkilərlə susuzluğunuzu yatıra bilmirsiniz və daha çox içki almağa məcbur olursunuz. Bu cür içkilərdəki karbonoksid isə iştah yaradır.

8. Mətbəxdəki dadlı qoxu.

Fəst-fud yeməkxanalarının yanından keçərkən ordan gələn dadlı yemək qoxusunu yəqin ki, hər biriniz hiss etmisiniz. Bu qoxu sizin acmanıza, iştahınızın artmasına, yeməyə həvəsinizin yaranmasına və həmin restoranda nəsə almanıza təsir edir.

9. Yeni bişmiş "fri" kartof istəyirsinizsə, duzsuz olanını sifariş edin.

Əgər siz həmişə yeni bişmiş "fri" kartof yemək istəyirsinizsə, sifariş verərkən duzsuz olmasını istəyin. Çünki "fri" bişən kimi dərhal duzlanır və kənara qoyulur. Kimsə duzlu "fri" istədikdə həmin kartof ona təqdim olunur. Duzsuzunu istədikdə isə aşpaz sizə mütləq yenisini bişirməli olur.

10. Fəst-fud üçün ideal vaxt

Belə obyektlərə getmək üçün ən optimal vaxt 11:00-13:00 və 18:00-20:00 aralığıdır. Düzdür, bu zaman boş masa tapmaq çətin olacaq, amma sizə verilən yeməklərin soyuyub yenidən qızdırılmayacağından əmin ola bilərsiniz.

Adil Nəcəfov

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində