Onu sevməyən qızı vəhşicəsinə öldürdü - FOTO

14 İyul 2017 18:00

Bursanın Gemlik Mahalında sevgisinə qarşılıq vermədiyi üçün 25 yaşlı Tuğçe Uludağı pnevmatik tüfənglə vuraraq öldürməkdə mühakimə olunan 31 yaşlı Aykut Ertunça hökm oxunub.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Aykut Ertunç məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

Verilən cəzanı qızının qatili üçün az hesab edən Tuğçe Uludağın anası Tülay Uludağ: "Ona ağırlaşdırılmış ömürlük həbs cəzası verilməli idi. Qərara etiraz edəcəyik" , - deyib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində