Körpələrini öldürüb paketə qoyaraq soyuducuda dondurdu - DƏHŞƏTLİ CİNAYƏTİN ÜSTÜ AÇIQLANDI

14 İyul 2017 16:58

Fransanın qərbindəki Lorient şəhərində 50 yaşlı qadının dəhşətli cinayət əməlinin üstü açılıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 50 yaşlı qadının boğaraq öldürdüyü körpəsi iş yerinin soyuducusunda ortaya çıxınca onun əvvəllər də eyni cür cinayət törətdiyi istintaqa məlum olub.

Cəsəd Atlantik okeanı sahilində balıqçı qayığının soyuducusunda tapılıb. Qadının evində axtarış aparan polis evdə dondurulmuş iki körpə cəsədi tapıb.

Lorient Respublika Prokuroru Laureline Peyrefitte körpələrin anası olan 50 yaşlı qadının hər doğuşundan sonra körpələrini yastıqla boğub, dondurduğunu təsdiqləyib.

50 yaşlı qadının 25 yaşında bir oğlunun olduğu bildirilir.

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində