AKP: "Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına dəstəyə görə minnətdarıq"

14 İyul 2017 15:20

"Azərbaycan dəfələrlə Türkiyə ilə qardaş ölkə olduğunu təsdiq edib".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və mətbuat katibi Mahir Ünal deyib.

Onun sözlərinə görə, Türkiyədə çevriliş cəhdinin baş verdiyi gün Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə mövqeyini ifadə etdi və Türkiyə hökumətini və xalqını dəstəklədi: "Biz Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına dəstəyə görə minnətdarıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində