"Gözümü açanda ilk Elzanı gördüm"

14 İyul 2017 17:54

Əməkdar artist Baloğlan Əşrəfov yay istirahətindən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "Hər şey daxil" verilişində deyib ki, bu il bölgələrdə dincələcək:

"Ölkəmiz günü-gündən gözəlləşir. Dünyanın başqa yerlərindən istirahət üçün Bakıya gəlirlər. Əgər imkanım olsa, birinci Masallıya gedəcəm. Daha sonra isə bölgələrimizi gəzəcəm".

B.Əşrəfov əməkdar artist Elza Seyidcahandan danışıb. İfaçı bildirib ki, əməliyyat olunanda E.Seyidcahan onu tək qoymayıb:

"İstanbulda əməliyyatdan sonra gözümü açanda ilk Elza xanımı gördüm. Mənim videomu da çəkmişdi. Onun kimi gözəl xanımı görəndə bildim ki, hər şey yaxşı olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində