Azərbaycanda şəxsiyyət vəsiqəsini vaxtından əvvəl dəyişmək olarmı?
4 İyul 2011 13:49
Milli.Az xəbər portalının məlumatına görə, bu sorğu ilə Day.Az saytına oxuculardan biri müraciət edib. Suala Bakının Nizami rayonu Polis İdarəsinin Pasport qeydiyyatı şöbəsindən cavab veriblər. Adının açıqlanmasını istəməyən şəxs deyib: "Azərbaycanda 25, 35, 50 yaşına çatmış şəxslər şəxsiyyət vəsiqələrini məcburi qaydada dəyişməlidir. Bunun üçün 2 nömrəli ərizə forması, 3 şəkil, 2 manat dövlət rüsumunun ödənildiyini göstərən qəbz təqdim olunmalıdır. Heç bir halda vəsiqənin vaxtından əvvəl dəyişdirilməsinə icazə verilmir".
Vəsiqənin müddəti bitibsə, bu zaman vətəndaş yeni vəsiqə alarkən 3-5 manat həcmində cərimə ödəməlidir.
Milli.Az