Dünya çempionatının bombardiri "Atalanta"da

14 İyul 2017 23:42

20 yaşadək futbolçular arasında Dünya çempionatının bombardiri Rikkardo Orsolini "Atalanta" klubuna keçib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, müqavilə ilə "Juventus"a məxsus olan 20 yaşlı forvard 2 il icarə əsasında Berqamo klubunun şərəfini qoruyacaq. İcarə müqaviləsi başa çatandan sonra "Atalanta" satınalma, "qoca senyora" isə Orsolinini geri qaytarmaq hüququna malik olacaq. Orsolini "Ascoli" yetirməsidir. 2017-ci ilin yanvarında gənc hücumçu "Juventus"la 2021-ci ilin yayına kimi müqavilə imzalamışdı. Turin klubu bu transferə görə qarşı tərəfə 6 milyon avro ödəmişdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində