Müğənni gizlicə nikaha girdi - FOTO

14 İyul 2017 15:52

Müğənni Nyuşa sevgilisi, Beynəlxalq Tələbə İdman Federasiyasının prezidenti İqor Sivovla Kazanda gizlicə nikah bağlayıb.
 
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu ilin əvvəlindən eşq yaşamağa başlayan cütlük hər zaman nikaha girəcəkləri tarixi gizli saxlamağa üstünlük veriblər. Nyuşa bir müddət əvvəl sosial şəbəkədə gəlinlik libasında fotosunu paylaşmış "Dağınıq, eyni zamanda bədən cizgilərini göstərən gəlinliklərdən xoşum gəlir. Fata mütləq olmalıdır" sözlərini yazmışdı. 

Bu fotodan sonra Nyuşanın ərə getməyə hazırlaşdığı barədə məlumatlar yayılmışdı. Nikahla bağlı tərəflər hələlik heç bir açıqlama verməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində