Rusiya qoşunları daha 50 il Suriyada qalacaq

14 İyul 2017 14:25

Rusiya Dövlət Duması Hava Kosmik Qüvvələrinin Suriyada yerləşdirilməsi haqqında müqaviləni ratifikasiya edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sənəd bu ilin yanvarında Dəməşqdə Rusiya ilə Suriya arasında imzalanıb.
 
Müqavilədə Rusiya Hava Kosmik Qüvvələri qruplaşmalarının yerləşdirilməsinin əsas vəziyyəti, funksiyaları qeyd olunub.
 
Sənədə əsasən, Suriyadakı maddi-texniki təminat məntəqəsinin və digər obyektlərin xarici mühafizəsi Suriya tərəfindən həyata keçiriləcək.
 
Daxili mühafizə, hava hücumundan müdafiə və dislokasiya yerlərində əmin-amanlığın qorunması rusiyalı hərbçilər tərəfindən təmin olunacaq.
 
Qeyd edək ki, müqavilənin müddəti 49 ildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində