Rusiyada azərbaycanlı qadın oğurladığı uşağı öldürdü

14 İyul 2017 13:51

Rusiyanın İvanovo vilayətində azyaşlı uşağın qaçırılması və öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə azərbaycanlı qadına qarşı ittiham iddianaməsi təsdiq edilib.

Milli.Az report-a istinadən istinadən xəbər verir ki, İvanovo vilayətinin sakini, 1991-ci il təvəllüdlü azərbaycanlı qadın köməksiz vəziyyətdə olan uşağın qətli maddəsi ilə cinayət törətməkdə ittiham olunur.

İstintaq məlumatlarına görə, qadın 2016-cı il sentyabrın 2-də uşağın çoxmənzilli yaşayış binasının qabağında nəzarətsiz qalmasını gözləyərək, onu uşaq arabasından oğurlayıb.

Xarinka çayında axtarışlar nəticəsində qız uşağının cəsədi tapılıb.

İstintaq hesab edir ki, qadının uşağı oğurlaması və öldürməsinə səbəb onun ərindən bu uşağı dünyaya gətirən qadını qısqanması olub.

Müttəhim uzun müddət cinayəti törətdiyini etiraf etməyib. Yalnız sübutların açıq-aydın olduğunu gördükdən sonra təqsirini boynuna alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində