AYİB Azərbaycana kredit verəcək

14 İyul 2017 13:45

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası bu il noyabr ayının 1-də "Təmiz şəhər" ASC-yə kredit verilməsini təsdiq etməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, bu barədə Trend banka istinadən məlumat verir.

Hazırda bank layihənin konsepsiyasını nəzərdən keçirir.

Məlumatda qeyd olunur ki, 39 milyon həcmində kredit Bakıda və Abşeron yarımadasında bərk məişət tullantılarının idarə olunmasının maliyyələşdirilməsi üçün ayrılacaq.

AYİB texniki yardımla birgə layihəyə ümumilikdə 40,3 milyon dollar ayıracaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində