Portuqaliyalı futbolçu "Atletico"nun məşqçisi olacaq

14 İyul 2017 15:08

Portuqaliya millisinin sabiq futbolçusu Tyaqo Mendeş karyerasını başa vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Mendeş növbəti mövsümdən "Atletico"da Diyeqo Simeonenin köməkçisi kimi fəaliyyət göstərəcək. Bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

"Atletico" 36 yaşlı yarımmüdafiəçini 2010-cu ilin yanvarında "Juventus"dan icarəyə götürmüş, 1 il sonra isə onun transfer hüquqlarına sahib çıxmışdı. 7 il ərzində klubda 228 rəsmi oyuna çıxan portuqal futbolçu 19 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində