Rəfiqəsinə "İntihar edəcəyəm" yazdı: qapını qırmaq istəyən xilasedicilər gözlərinə inanmadı - FOTO

14 İyul 2017 15:22

Şanlıurfada 33 yaşlı Ş. adlı qadının rəfiqəsinə "intihar edəcəyəm" mesajı polis, xilasetmə və təcili yardım əməkdaşlarını hərəkətə keçirib. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Devteşti Məhəlləsində baş verib. Rəfiqəsindən gələn mesajla həyəcan keçirən qadın dərhal aidiyyatı orqanlara məlumat verib. Verilən ünvana gələn qruplar zəngi çalmağa başlayıblar. Cavab verən olmadığını görən səlahiyyətlilər qapını qırmaq istədikləri məqamda qucağında körpəsi olan Ş. qapını açıb. Ş. səlahiyyətlilərə rəfiqəsi ilə zarafat etdiyini söyləyib. Bundan sonra səlahiyyətlilər: "1 saatdır 3 fərqli qrup sizi xilas etmək üçün səfərbər olub. Belə zarafat olar?" , - deyərək qadına sərt reaksiya veriblər.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində