Rusiya XİN-in elektron poçt ünvanı genişmiqyaslı haker hücumuna məruz qalıb

14 İyul 2017 13:48

"Rusiya Xarici İşlər Nazirliyinin (XİN) elektron poçt ünvanı genişmiqyaslı haker hücumuna məruz qalıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, XİN mərkəzi aparatının, onun Rusiyadakı və xaricdəki nümayəndəliklərinin resurslarına edilən hücumların araşdırılması göstərib ki, iyunun 29-u səhər saatlarında haker hücumu qeydə alınıb.

M.Zaxarova qeyd edib ki, ümumilikdə 138 hücum baş verib və onlar Macarıstanda yerləşən IP ünvandan göndərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində