Maşınla vurulan televiziya əməkdaşının qulağında "nauşnik" olub

14 İyul 2017 12:48

Xəbər verildiyi kimi, iyunun 1-də Bakıda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin əməkdaşını maşın vurub. Hadisə Parlament prospektində baş verib. Axşam saatlarında işdən çıxan Lamiyə Quliyeva yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi "Mercedes" markalı avtomobil vurub. Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisəni törədən Xamis Ağacayev tanınmış rejissordur. O, hadisədən sonra yaralını yaxınlıqdakı Mərkəzi Kliniki Xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə baxış keçirilən zaman məlum olub ki, qəza piyada keçidindən kənarda baş verib. Dövlət Təhlükəsizliyi Xidmətinin qarşısında yolu keçərkən Lamiyə Quliyevanın qulağında qulaqlıq olub. Hadisədən sonra həmin qulaqlıq Xamis Ağacayevin avtomobilinin qabaq alın şüşəsinə ilişib qalıb. Çünki piyada maşınla vurularkən başı qabaq parpresə dəyib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Milli.Az