Runi qayıdan kimi qol vurdu - VİDEO

14 İyul 2017 13:28

"Everton"un futbolçusu Ueyn Runi kluba qayıdışından sonrakı debüt oyununda ilk qolunu vurub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu Keniyanın "Qor Maxiya" komandasına qarşı yoldaşlıq görüşünün (2:1) 31-ci dəqiqəsində uzaq məsafədən fərqlənib.

Qeyd edək ki, Runi 2004-cü ildə "Everton"dan "Mançester Yunayted"ə transfer olunmuşdu. O, bu yay sabiq klubuna qayıdıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Runi qayıdan kimi qol vurdu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində