Türkiyə vitse-çempionu milli komandanın futbolçusunu transfer etdi

14 İyul 2017 15:55

Mevlüt Erdinç Avropa Liqasında Qarabağa qarşı forma geyinib

Türkiyənin "Başakşehir" klubu milli komandanın futbolçusu Mevlüt Erdinci heyətinə qatıb.

"Milli.Az Report-a istinadən xəbər verir ki, 30 yaşlı cinah yarımmüdafiəçisi ilə 3 illik müqavilə bağlanılıb.

Hazırda Mevlütün transfer hüququ Almaniya "Hannover"inə məxsusdur. O, ötən mövsümü icarə əsasında Fransa "Mets"ində keçirib. Erdinç "Sent-Etyen"in heyətində çıxış etdiyi vaxt Avropa Liqasının qrup mərhələsinin ilk tur qarşılaşmasında Bakıda "Qarabağ"a qarşı forma geyinib. O, 2008-ci ildən dəvət aldığı Türkiyə yığmasında 35 oyuna 8 qol vurub.

Qeyd edək ki, "Başakşehirspor" ötən Türkiyə Super Liqasını 2-ci pillədə başa vurub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində