"Sağdan çəkməyin" - Zamiqin kompleksi

14 İyul 2017 12:42

"Hərdən deyirəm ki, məni sağdan çəkməyin, yaxşı düşmürəm. Bu, mənim kompleksimdir".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Zamiq Hüseynov "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. 

Sənətçi komplekslərindən danışıb:

"Bu, tək kompleks yox, həm də məsuliyyətdir. İstəyirəm tamaşaçı mənim ancaq yaxşı tərəflərimi görsün. Musiqi ilə bağlı komplekslərim də dəhşətdir. Nəsə xoşuma gəlməyəndə, düzəlişlər etdirirəm. Kompleks yaxşı deyil. Kompleksi olmayan insanlara həsəd aparıram. Çalışıram, bunu az göstərim".

Zamiq bu yaxınlarda "Badminton" klipini təqdim edən həmkarı Səmra Rəhimlidən söz açıb. İfaçı bildirib ki, Səmranın ekran işindəki cəsarətli görüntülərini bəyənib:

"Səhnə bunların hamısını tələb edir. Həmişə deyirlər, xarici ulduzlara baxın. Səmra edir də... İndi qəbul edin, onu dünya ulduzu ilə müqayisə edin. Tənqid edin, təhqir yazmayın. Maraqlı iş idi, xoşuma gəldi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində