Rami vətəninə qayıtdı

14 İyul 2017 23:48

"Sevilya"nın müdafiəçisi Adil Rami karyerasını vətənində davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi "Marsel"ə transfer olunub. Rami "provanslar"la 4 illik müqavilə imzalayıb. Müqavilənin maliyyə detalları mətbuatdan gizli saxlanılır. Bir sıra KİV-lərin məlumatına görə Əndəlus klubu bu transferdən 6 milyon avro qazanacaq. Fransalı müdafiəçi "Sevilya"da 2 mövsüm keçirib. Bu müddətdə Rami 76 dəfə La Liqa təmsilçisinin formasını geyinib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində