Səfir: "Qazaxıstan Dağlıq Qarabağ münaqişəsini KTMT ilə əlaqələndirmir"

14 İyul 2017 12:02

"Dağlıq Qarabağ münaqişəsi Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatına (KTMT) aidiyyəti yoxdur və beynəlxalq hüquqa uyğun olaraq danışıqlar yolu ilə həll edilməlidir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Sputnik" agentliyinə müsahibəsində Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev deyib.

O qeyd edib: "Qazaxıstanın mövqeyi belədir: biz Dağlıq Qarabağı qeyd edilən təşkilatla əlaqələndirmirik, çünki bu, regional münaqişədir və beynəlxalq hüquqa uyğun olaraq həll edilməlidir".

Səfir əlavə edib ki, Qazaxıstan hər zaman münaqişənin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində