Bakıda bir nəfər avtobusun altında qaldı

14 İyul 2017 11:51

Bakıda avtobus bir nəfəri vuraraq öldürüb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, iyulun 13-də saat 20 radələrində Binəqədi rayonu ərazisində, Abşeron rayon sakini Ceyhun Şirəliyev idarə etdiyi "İsuzu" markalı xətt avtobusunu dayanacaqda arxaya verərkən Bakı şəhər sakini Eldar  Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən E.Kərimov orada ölüb. 
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində