Yenicə ailə qurmuş nazirlik işçisi öldü

14 İyul 2017 11:45

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Şəhriyar Nikipur vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, Ş.Nikipur keçirdiyi infarkt nəticəsində qəfildən dünyasını dəyişib.

Qeyd edək ki, o, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı olub. Ş.Nikipur bu ilin may ayında iş yoldaşı ilə ailə həyatı qurmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində