ABŞ-ın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi

14 İyul 2017 11:23

ABŞ-ın sabiq prezidenti Cimmi Karter Kanadada orqanizmin susuzlaşması səbəbindən xəstəxanaya yerləşdirilib, lakin hazırda özünü yaxşı hiss etdiyi bildirilir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Karter Mərkəzinin saytında dərc olunmuş bəyanatda deyilir.

"Sabiq prezidentin orqanizmində quruma bu gün səhər Kanadadakı Manitoba əyalətinin Vinnipeq şəhərində "İnsan üçün yaşayış yeri" tikinti layihəsi üzərində işləyərkən qeydə alınıb", - deyə bəyanatda bildirilir.

92 yaşlı sabiq prezidentin nümayəndəsi söyləyib ki, Karter "ehtiyat üçün" müayinədən keçmək məqsədi ilə xəstəxanaya yerləşdirilib, həyat yoldaşı onun yanındadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində