Şirvan şəhər sakini aralarında yaranan münaqişəyə görə qonşusunu maşınla qəsdən vurub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri Y.Çəmənzəmənli küçəsində yaşayan qonşular arasında münaqişə yaranıb. Daha sonra qonşulardan biri avtomobillə digər qonşunu vurub. Nəticədə ağır bədən xəsarətləri alan 1996-ci il təvəllüdlü Şıxıyev Rahim Şıxı oğlu Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər ona ilkin olaraq çanağın əzilməsi diaqnozu qoyublar.
Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az