Hansı maşınlar təcili texniki baxışdan keçməlidir?

14 İyul 2017 11:34

"Rusiya və başqa MDB dövlətləri istisna olmaqla xarici ölkələrdə (Almaniya, Yaponiya, Koreya, ABŞ, Fransa, İran, Çin və s) istehsal olunan minik avtomobillərinin, onların qoşqularının və motosikletlərin illik texniki baxış müddətinin bitməsinə cəmi 17 gün qaldı".

Milli.Az xəbər verir ki, bu barədə yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

Ekspert sürücülərə ayın son günlərində növbələrə durmamaq üçün avtomobiləri indidən texniki baxışdan keçirməyi tövsiyə edib: "Verilən məlumata əsasən, baxış məntəqələri hətta şənbə və bazar günləri də adi iş rejimi ilə işləyəcək".

Onun sözlərinə görə, "Yol hərəkəti haqqında" Qanunun 30-cu maddəsinə əsasən, bu il texniki baxışdan aşağıdakı minik avtomobilləri, onların qoşquları və motosikletlər keçirilməlidir:

- 2012-ci ildə istehsal olunanlar;

- 2010-cu ildə istehsal olunanlar;

- 2008-ci ildə istehsal olunanlar;

- 2006-ci ildə və ondan əvvəlki bütün illərdə (2005, 2004, 2003 və s.) istehsal olunanlar.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində