Ayxan Abbasov: "Futbolçularımın əzmkarlığı məni qane etdi"

14 İyul 2017 11:42

Avropa Liqasına uğurla start verən "Zirə" 2-ci təsnifat mərhələsinin ilk oyununda "Astra"nın qonağı olub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qartallar"ın baş məşqçisi Ayxan Abbasov Rumıniya təmsilçisi ilə oyundan sonra bunları deyib:

"Bu hesabla məğlub olmaq istəməzdik. İlk hissə istədiyimiz kimi başa çatdı. Qol da vurmuşduq. İkinci hissədə diqqətsizlik ucbatından 2 qol buraxdıq. Lakin futbolçularımın əzmkarlığı məni qane etdi. Yeni oyunçularımıza uyğunlaşmaları üçün bir az vaxt lazımdı.İnanıramki, cavab matçında daha yaxşı çıxış edəcəyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində