Norm Sementin loqistika uğurunun əsasları - FOTO

14 İyul 2017 11:00

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müasir şirkətlərdə loqistika strateji əhəmiyyətə malikdir. Müasir loqistika müxtəlif fəaliyyət sahələrini bir prosesdə cəmləşdirən idarətetmə funksiyasıdır. Loqistika xaricdə artıq uzun müddətdir ki, biznesin ən çox istifadə etidiyi instrumentlərindən birinə çevrilib. Və, bu sahənin vəziyyəti şirkətin maliyyə və istehsal fəaliyyətinin xarakterizə etmək üçün əsas göstəricilərdən biri sayılır.

Azərbaycanda bu sahə nisbətən yeni olsa da, bəzi şirkətlər onun səmərəsindən lazımınca faydalana bilirlər. Belə şirkətlərdən biri də, fəaliyyətinin bütün istiqamətlərində yüksək keyfiyyətə, müştəri məmnuniyyətinə, davamlı inkişafa önəm verən, inşaat sənayesində aparıcı mövqeyə malik Norm Sementdir.

Norm sementlərinin daşınması Almaniyanın MAN, Mercedes-Benz və DAF avtomaşınları vasitəsilə həyata keçirilir. Bu avtomaşınlar Avro-4 və 5 standartlarının tələblərinə cavab verir. Daşınmada istifadə edilən qoşqu vasitələri Almaniyanın Spitzer, Feldbinder, Kaessbohrer şirkətlərinin istehsalıdır.

Zavodun qalaq məhsullarını daşıyan nəqliyyat vasitələrinin üzərində NORM loqosu əks etdirilir və hər birində təqribən 30 ton sement daşınır.

Nəqliyyat vasitəsi Norm Sement zavodunda yükləndikdən sonra çənin giriş qapaqları və çıxış xətti nömrələnmiş plomb vasitəsilə plomblanır. Nəqliyyat vasitəsi zavodu tərk etdikdə müştəriyə dərhal SMS və Email vasitəsilə məhsulun adı və markası, yükün çəkisi, nəqliyyat vasitəsinin nömrə nişanı, sürücünün adı və mobil nömrəsi göndərilir. Təyinat məntəqəsinə çatdıqda, bu barədə müştəriyə ikinci SMS və Email göndərilir.

Norm məhsullarının daşınması zamanı müştəriyə nəqliyyat vasitəsini GPS sistemi vasitəsilə izləmək imkanı verilir, bunun üçün müştəri GPS portala daxil olur və nəqliyyat vasitəsini bütün marşrut boyu izləyə bilir.

Zavodun qalaq məhsullarını daşıyan nəqliyyat vasitələrində şəffaf boru quraşdırılmışdır ki, bu da məhsulun tam həcmdə boşalmasını izləməyə imkan verir.

Şirkətin logistika fəaliyyətinin başlıca məqsədi müştəri məmnunluğudur və müəssisə bu sahədə fəaliyyətini durmadan təkmilləşdirir.

İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.

Zavodda hal-hazırda dörd çeşiddə - CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P 42,5 R, CEM II/A-P 42,5 N (SDPS 500 Ə-20) - sement istehsal olunur. Bu sement növləri müvafiq olaraq KLASS A, KLASS B, KLASS C500 və KLASS S adı ilə satışa çıxarılır.

Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunmuşdur.

Daha ətraflı məlumatı Norm Sement saytındanFacebook səhifəsindən əldə edə bilərsiniz.