Uşaqların ad günü mərasimində faciə - Meksikada

14 İyul 2017 10:47

Meksikanın Tizayuca şəhərində maskalı şəxs silahla uşaqların ad günü mərasiminin keçirildiyi məkana hücum edib.

Milli.Az BBC-yə istinadla bildirir ki, silahlı şəxs ətrafa atəş açaraq 11 nəfəri öldürüb. Hadisə yerinə gələn polislərin dediyinə görə, çadırda təşkil olunan mərasimdə iştirak edən 3 uşaq sağ qalsa da, valideynləri həlak olub.

Bəxtiyar Umarlı
Milli.Az